Bu gün "Turan Tovuz" doğma meydanında "Araz-Naxçıvan"ı qəbul edib.
Mia.az xəbər verir ki, oyun tovuzluların minimal heablı qələbəsi ilə başa çatıb - 1:0.
Qeyd edək ki, naxçıvanlılar 47-ci dəqiqədən 10 nəfərlə qalıb. belə ki, İqor Ribeyro qırmızı vərəqə ilə meydandan qovulub. Tovuzlular bunu fürsət bilərək, üstünlüyü ələ alıb və nəhayət, 86-cı dəqiqədə Hayderson Hurtadonun qolu ilə qələbəni təmin ediblər.
Bu qələbədən sonra Tovuz komandası 39 xalla 4-cü yerdə, "Araz-Naxçıvan" isə 44 xalla ikinci yerdə qərarlaşıblar.
Fərid
MİA.AZ