Asiya ölkələrinə səfərdən dönən Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, müxalif CHP-nin 2028-dən daha erkən parlament seçkiləri keçirilməsi tələbini gülünc sayıb.
Müxalifətin növbədənkənar seçki tələbini rədd edən Ərdoğan bildirib ki, ölkənin gündəmində belə bir proses yoxdur: "Bizim gündəmimizdə seçki kimi problemimiz yoxdur. Bunlar yatıb-durub deyirlər ki, erkən seçki. Haradan çıxır bu istəyi? Türkiyənin belə bir erkən seçki gündəminə ehtiyacı var?".
Ərdoğan CHP-nin hələ də keçmişlə yaşadığını deyib və əlavə edib ki ölkədə seçkilərin vaxtında keçiriləmə ənənəsi var vı bu, dəyişməyəcək.
Xatırladaq ki, seçkiyə 3 ildən çox vaxt qalsa da, CHP indidən hətta Prezident seçkilərinə vahid namizəd çıxarmaq istəyir. Bunun üçün partiyadaxilində martın 20-də namizədin müəyyən olunması məqsədiylə seçki nəzərdə tutulur. Bu isə ölkənin siyasi düşrəgəsində birmənalı qəbul olunmayıb.
Lamiyə Əhmədli
MİA.AZ