"Qalatasaray" əzəli rəqibi "Beşiktaş"ın danışıqlar apardığı "Ankaragücü" klubunun 18 yaşlı futbolçusu Arda Ünyayı heyətinə qatıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub açıqlama yayıb.
Açıqlamada deyilir ki, 1-ci Liqa təmsilçisi "Ankaragücü"nün 18 yaşlı müdafiəçisi Arda Ünyayla artıq 2028-ci ilə qədər müqavilə imzalanıb: "Bu transfer üçün futboçunun əvvəlki klubuna 500 min avro transfer haqqı ödənilib".
Xatırlaadq ki, Arda Ünyay bu mövsüm "Ankaragücü"nün heyətində 4 rəsmi matçda forma geyinib.
Fərid ASLAN
MİA.AZ