Aktiv transfer dövrü keçirən "Qalatasaray" Əhməd Kutucu, Alvaro Morata, Mario Lemina, Karlos Kuesta və Przemyslav Frankovskidən sonra daha bir transfer həyata keçirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klub 2-ci Liqa təmsilçisi "Altınordu"nun 17 yaşlı sol cinah müdafiəçisi Eren Kayanı heyətinə qatıb. 

Məlumata görə, klub onunla 2027-ci ilə qədər müqavilə bağlayıb.

Fərid ASLAN
MİA.AZ