Bu gün SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib

Mia.az şirkətə istinadla xəbər verir ki, iclasda Şuranın sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə keçirilən iclasda SOCAR-ın prezidenti Rövşən Nəcəf və vitse-prezidenti Zaur Qurbanovun təqdimatı ilə şirkətin 2025-ci il üzrə büdcə layihəsi müzakirə edilib.

Müzakirələrdən sonra sənəd təsdiq olunub.

İclasda, həmçinin gündəlikdə olan digər məsələlər müzakirə edilib.