Türkiyəda daha bir avtobus qəzası olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Sivasda baş verib.
Məlumata görə, Sivasın Gölova rayonunda sərnişin avtobusu yük maşınına arxadan çırpılıb: "Nəticədə 1 nəfər ölüb, 29 nəfər xəsarət alıb"
Xəbərdə deyilir kiƏölın şəxs avtobusun sürücüsü 43 yaşlı Volkan Aytandır: "Xəsarət alan 29 nəfər xəstəxanalara yerləşdirilib.
Faktla bağlı araşdırma başlayıb".
Xatırladaq ki, dünən də bir sərnişin avtobusu qəza tördədib. Nəticədə 33 nəfər yaralanıb, bir nəfər isə ölüb.
Zülfiyyə MUSTAFAYEVA
MİA.AZ