Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu açıqlama yayıb.

Bildirilib ki, "Ofisiant" kod adlı gizli şahiddən əldə edilən məlumatlar əsasında "təşkilat"ın gizli ünsiyyət vasitəsi ilə zənglər nəzarətə götürlüb: "Əməliyyatla 18 nəfər saxlanılıb. Onların arasında "gizli liderlər" olmaqla 16-sı məmurdur".

Məlumatda deyilir ki, saxlanlan  18 nəfər İstanbul, Ankara, Elazığ, Ərzincan, Qaziantep, Kastamonu, Kayseri və Samsunda 20 ünvanda eyni vaxtda həyata keçirilən əməliyyatla qandallanıblar...

Firudin Səfərli

MİA.AZ