Türkiyənin 21 şəhərində İŞİD-ə qarşı əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya məlumat paylaşıb.

Nazirin sözlərinə görə, İstanbul və Ankara başda olmaqla, 21 şəhərdə keçirilən əməliyyatlarda 164 nəfər qandallanıb.

Nazir deyib ki, onlar təşkilat daxilində fəaliyyət göstərməklə yanaşı, terror qruplaşması üçün pul toplamaqda ittiham olunurlar.

Firudin Səfərli
MİA.AZ