Türkiyə Futbool Federasiyasının Peşəkar Futbol İntizam Şurası (PFDK) "Qalatasaray"ın futbolçusu barədə qərarını açıqlayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qərara əsasən, "Qaziantep FK" ilə oyunun 90+6-cı dəqiqəsində qırmızı vərəqə alan Abdülkerim Bardakcının kart cəzası ləğv olunub.
Beləliklə, o, bu həftənin oyununda oynaya biləcək.
Fərid ASLAN
MİA.AZ