Baş məşqçi Sergen Yalçının qardaşı Gürsoy Yalçın bu gün dünyasını dəyişib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Gürsoy Yalçın uzun müddətdir xərçəngdən müalicə olunub.
Məlumata görə, 2.5 illik müalicəyə rəğmən, Gürsoy Yalçının səhhəti sonaylar ağırlaşıb: "O, son bir ayda reanimasiyada müalicə alsa da, həkimlərin səyinə baxmayaraq, bu gün vəfat edib"
"Beşiktaş" klubu və onun prezidenti Serdal Adalı da qardaşının vəfatı ilə bağlı Sergen Yalçın başsağlığı veriblər.
Fərid ASLAN
MİA.AZ