Şenol Günəşin baş məşqçisi olduğu “Trabzonspor” bu gün Ziraat Türkiyə Kubokunda 2-ci Liqa komandası “İskenderunspor”la qarşılaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyunda gözlənilməz nəticə alınıb.

Belə ki, Şenol Günəşin komandası Hatayın “İskenderunspor” komandasına qalib gələ bilməyib - 2:2

Oyundan sonra azarkeşlər məşqçi Şenol Günəşə qarşı şüarlar səsləndirib, onu təhqir ediblər.

Şenol Günəş isə söyüşlərə səbrli yanaşa bilməyib və azarkeşlərlə mübahisə edib.

Fərid ASLAN
MİA.AZ