"Trabzonspor" klubu xorvatiyalı futbolçu Borna Barişiçi icarəyə verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, mövsümün sonuna qədər İspaniyanın "Leqanes" komandasında top qovacaq.
"Trabzonspor" klubu faktı təsdiqləyib.
Xatırladaq ki, Barişiç bordo-mavili forma ilə 9 liqa matçında 129 dəqiqə meydanda olsa da, qol atmayıb.
Fərid ASLAN
MİA.AZ