Son həftələr uğursuz oyunları ilə azarkeşlərin qəzəbinə tuş gələn "Mançester Siti" yeni transferlərə start verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub "Portu"nun ispaniyalı yarımmüdafiəçisi Niko Qonzalesi 60 milyon avroya transfer edib.

Məlumata görə, artıq 23 yaşlı oyunçu ilə  4,5 illik müqavilə imzalanıb. 

Xatırladaq ki, bununla da "Mançester Siti" son həftədə 4-cü transferini gerəkləşdirib. Klub 4 transfer üçün ümumilikdə 212 milyon avro xərcləyib.

Fərid ASLAN

MİA.AZ