Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xüsusi kriminalistik tədqiqat proqramının satınalınması ilə bağlı elan etdiyi tender ləğv olunub.

Mia.az Pravda.az-a istinadla xəbər verir ki, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.

Ləğvedilmənin səbəbi açıqlanmayıb.

Mərkəzi proqram üçün 34 618 AZN xərcləməyi nəzərdə tutmuşdu