İngiltərə FA Kubokunun 3-cü mərhələsində "Arsenal" "Mançester Yunayted"i qəbul edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Emirates" stadionunda baş tutan matçda hesabı 52-ci dəqiqədə "Mançester Yunayted" açıb.
Bu qoldan 9 dəqiqə sonra "Mançester Yunayted" azlıqda qalıb. Belə ki, 61-ci dəqiqədə Dioqo Dalotun qırmızı vərəqə ilə meydandan qovulub.
Bundan 2 dəqiqə sonra "Arsenal" hesaba tarazlıq gətirib - 1:1.
75-ci dəqiqədə "Arsenal" penalti qazanıb. Lakin "Mançester Yunayted"in qapısını qoruiyan türkiyəli Altay Bayındır Martin Odeqardın zərbəsini dəf edib.
Beləlikə, əsas vaxt və əlavə vaxt 1:1 hesabı bitən oyunun qalibi penaltilər seriyası ilə bəlli olub.
"Mançester Yunayted" 5 penalti zərbəsində dəqiq oynayıb. "Arsenal"ın futbolçusu Kai Havertzın zərbəsini isə yenə Altay Bayındırlı qaytarmaqla, ümumu hesabla (5-3) komandasının növbəti mərhələyə yüksəlməsindən mühüm rol oynayıb.
Zülfiyyə Mustafayeva
MİA.AZ