"Qalatasaray"ın nigeriyalı hücumçusu Viktor Osimhen ölkəsində alqışlanacaq davranış sərgiləyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Osimhen ölkəsi Nigeriyada ehtiyacı olanlara hər biri 2200 dollar olan "Keke" adlı 2 min ədəd üç təkərli motorlu sərnişin və yük daşıyacaq motosklet paylayıb. 

Məlumata görə, o, bunun üçün 4,4 milyon dollar xərcləyib: "Onun 2 min kasıb insana gələcək danışığını təmin edəcək hədiyyəsi böyük təqdir toplayıb. 25 yaşlı hücumçunun doğulduğu Laqos şəhərində ehtiyacı olanlara 2 min ədəd "Keke" paylaması ölkənin nüfuzlu şəxsləri tərəfindən də təriflənib".

Xəbərdə o da deyilir ki, Viktor Osimhen bununla yanaşı, ölkəsində kasıb zümrə üçün zida yardımlarını da davam etdirir.

Fərid ASLAN
MİA.AZ