"Benfika" ilə icarə müqaviləsi bitən "Mançester Siti"nin futbolçusu İssa Kaborenin yeni klubu bəlli olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Almaniyanın "Verder Bremen" komandası ilə icarə əsaslarla anlaşıb.
Məlumata görə, "Qalatasaray"ınb transfer təklifinə "yox" deyən 23 yaşlı Burkina-Fasolu futbolçu həm də ölkəsinin yığmasında çıxış edir. O, Burkina Faso Milli Komandasının heyətində 32 matçda 1 qol və 12 məhsuldar ötürmə edib.
Fərid ASLAN
MİA.AZ