Türkiyə U16 Liqasının A qrupunda Sivasda mübarizə aparan "Belədiyespor"la "Ahmet Turan Qazispor" arasında keçirilən matçda qalmaqal yaşanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Sivas İdman Kompleksində baş tutan gərgin mübarizə şəraitində keçən qarşılaşmada "Belədiyəspor" penalti ilə 1-0 önə keçib. 

Məlumata görə, bundan sonra oyunda gərginlik daha da artıb. Belə k, qarşılaşmanın ilk yarısında hakim Əli Səlim Müştəri 10 və 38-ci dəqiqələrdə Əhməd Turan Qazisporun iki futbolçusuna qırmızı vərəqə göstərib. "Qazispor"un oyunçuları ikinci qırmızı vərəqədən sonra daha da qəzəbləniblər.

Xəbərdə deyilir ki, hakimin qərarlarına sərt reaksiya verən klubun texniki heyəti və idarəçiləri meydana daxil olublar. Bu səbəbdən hakim  məşqçi Engin Çətinə də qırmızı vərəqə, xeyli futbolçuya isə sarı vərəqə göstərib: "Polis meydana daxil olaraq əlbəyaxa davanı əngələyib. Bundan sonra isə "Ahmet Turan Qazispor" klubunun məşqşi heyəti komandanı meydandan çıxarıb. Bundan sonra matç dayandırılıb...".

Fərid Aslan

MİA.AZ