Hazırda İtaliyanın "İnter" komandasında forma geyinən Hakan Çalhanoğlu maraqlı açıqlamalar verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bir neçə ay əvvəl, daha dəqiqi, yay transfer dönəmində Almaniyanınnəhəng klubu "Bavariya"dan transfer təklifi aldığını etiraf edib.
“Corriere dello Sport”a müsahibə verən 30 yaşlı türk əsilli futbolçu bildirib ki, o, təklifi eşidən kimi hazırkı klubunun rəhbərliyini işarə edib: "Dedim ki, klubla danışın..."
Türkiyəli oyunçu karyerasnı "İnter"də bitirmək istədiyini gizlətməyib: "Ümid edirəm ki, belə olacaq".
Fərid Aslan
MİA.AZ