Bu mövsüm gözlənilənin əksinə olaraq, uğrusuz oyunu ilə yadda qalan "Beşiktaş"ı yanvar ayında gərgin oyunlar gözləyir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, komanda bir ay içində 7 rəsmi matça çıxacaq.
Məlumata görə, yanvarda "Beşiktaş" Super Liqada “Çaykur Rizəspor”, “Bodrum” Futbol Klubu, “Rider Samsunspor” və “Onvo Antalyaspor”la qarşılaşacaq: "Komanda bu ayda Ziraat Türkiyə Kubokuna da qatılacaq və ilk sınağında “Net Global Sivasspor”a verəcək. Bundan başqa, "Beşiktaş"ı Avropa Liqasında iki qarşılaşma gözləyir. “Ağ-qaralar” İstanbulda “Atletik Bilbao”nu qəbul edəcək, son matçını isə səfərdə “Tvente”yə qarşı oynayacaq"
Xəbərdə deyilir ki, yeni ilə yeni başqanla girəcək "Beşiktaş" bu 7 oyunun 4-nü səfərdə oynayacaq.
Fərid Aslan
MİA.AZ