Səudiyyə Ərəbistanı komandası "Əl Şabab"la 6 ay +1 il müddətinə anlaşan baş məşqçi Fatih Terim bu gün sözügedən ölkəyə yollanıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, İstanbul Hava Limanında jurnalistlərə açıqlama verib.
Terim bildirib ki, son aylarda xüsusilə Avropa və Asiyadan çoxlu təkliflər alıb: "Bir neçə gündür davam edən "Əl Şabab"la danışıqlarımız dünən müsbət bitdi. Şahzadəyə və başqana təşəkkür edirəm. İndisə Dohaya gedirəm, çünki komanda Dohadadır"
Təcrübəli məşqçi bildirib ki, ayın 6-da Kral Kubokunda ilk oyununa çıxacaq: "Deyəsən, liqada bir az geridəyik. Amma bu o demək deyil ki, nədənsə imtina edəcəyik, nəyisə qəbul edəcəyik. Əksinə, ilk gündən gücümüzü ortaya qoyacağıq"
Fərid Aslan
MİA.AZ