Türkiyə futbolunun əfsanəvi məşqçilərindən biri olan 71 yaşlı Fatih Terim karyerasında yeni səhifə açıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Şəbab" komandası ilə anlaşan 6 ay + 1 il müddətiylə Fatih Terimin artıq köməkçiləri də bəlli olub.
Məlumata görə, Terimin yeni komandada köməkçiləri "Qalatasaray"ın sabiq baş məşqçisi Həmzə Hamzaoğlu və Levent Şahin olacaq.
"TRT Spor"un xəbərinə görə, Fatih Terim Səudiyyə Ərəbistanı komandasından 6 ay müddətinə 1,6 milyon dollar qazanacaq.
Fərid Aslan
MİA.AZ