"Qalatasaray" yanvar ayında yeni hücumçu transfer  etməyə hazırlaşır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul klubu "Lion"da çıxış edən gürcü əsilli hücumçu Georges Mikautadzenin transferi üçün mənsub olduğu "Lion" klubuna 17 milyon avro təklif edib.

Məlumata görə, klub bu təklifə müsbət yanaşır, ancaq gürcü qolçu tərəddüt edir.

Xəbərə görə, 24 yaşlı gürcü hücumçu yayda "Metz"dən 18,5 milyon avroya "Lion"a keçib. O, bu mövsüm "Lion"un heyətində 21 matçda meydana çıxıb və 7 qol vurub, 1 məhsuldar ötürmə verib.

Bildirilir ki, qolçunun Fransa komandası ilə 2028-ci ilin iyuna qədər müqaviləsi var.

Fərid Aslan
MİA.AZ