“Trabzonspor” Klubu sosial şəbəkələrdə və müxtəlif kanallarda komandanın baş məşqçisi Şenol Günəşin ünvanına təhqiramiz yazanlarla bağlı hərəkətə keçib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə “Trabzonspor” Klubunun vitse-prezidenti Kamal Ertürk məlumat verib.

O bildirib ki, Şenol Günəşi təhqir edənlər bir-bir aşkarlanır və haqlarında prokurorluğa müraciət olunur: "Məşqçimiz Şenol Günəş haqqında böhtan, əsassız ittihamlar səsləndirənlər ədalət qarşısında cavab verəcəklər".

Fərid Aslan
MİA.AZ