İsrail ordusu bu gün Qəzza şəhərində daha bir evi bombalayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə azı 10 fələstinli həlak olub.
Məlumata görə, Derec rayonunda baş verən bombalanmada ölənlərin arasında qadın və uşaqlar da var: "Azı 10 nəfər ölüb, hələ dağıntılar altında 10 nəfərdən çox qalan var. Güman ki, onların çoxu artıq həyatda deyillər...".
Tahir Şəlvəli
MİA.AZ