Türkiyə ordusu İrqa və Suriyada PKK/YPG terrorçularına qarşı növbəti əməliyyat keçirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barəıdə Milli Müdafiə Nazirliyi açıqlama yayıb

Qeyd olunub ki, Suriyanın şimalında 4 PKK/YPG terrorçusu, İraqın şimalında isə 2 PKK terrorçusu aşkarlanaraq məhv ediliblər: 

"Türkiyə Silahlı Qüvvələri terroru mənbəyində məhv etmək üçün gözlənilməz, sürətli və davamlı əməliyyatları davam etdirir. Suriyanın şimalındakı Barış Pınarı bölgəsində 4 PKK/YPG terrorçusu, İraqın şimalında isə "Pəncə-kilid" əməliyyatı bölgəsində aşkarlanan 2 PKK terrorçusu zərərsizləşdirilib".

Firudin Səfərli
MİA.AZ