Türkiyə ordusu İraqda əməliyyatları davam etdirir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
Qeyd olunub ki Türk Silahlı Qüvvələri terrorçulara bölgədə göz açdırmır: "3-9 dekabr 2024-cü il tarixləri arasında İraqın şimalında həyata keçirilən hava əməliyyatları nəticəsində Hakurk, Qara və Metina bölgələrində daha 9 PKK terrorçuları zərərsizləşdirilib. Terroru qaynağında qurutmaqda qərarlıyıq".
Firudin Səfərli
MİA.AZ