Suriyada Əsəd rejiminin devrilməsindən sonra qurulan yeni hökumətin başçısı Məhəmməd əl-Bəşir olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, yeni baş nazir Məhəmməd əl-Bəşir və kabineti regionda keçid prosesi istiqamətində böyük bir məsuliyyətin altına giriblər.
Mühəndislik və hüquq sahəsində təcrübəsi ilə tanınan Məhəmməd əl-Bəşir 1983-cü ildə İdlibdə anadan olub.
O, 2007-ci ildə Hələb Universitetinin Elektrik mühəndisliyi fakültəsini bitirib. 2011-ci ildə Suriya Qaz Şirkətində menecer kimi işə başlayıb. İdlib Universitetində şəriət və hüquq üzrə bakalavr dərəcəsi də olan Bəşir dövlət idarəçiliyi üzrə də təhsil alıb. Məhəmməd əl-Bəşir 2022-2023-cü illər arasında İnkişaf və Humanitar İşlər naziri, 2024-cü ilin əvvəlində baş nazir seçilib.
Onun rəhbərlik edəcəyi hökumətdə bəzi nazirlərin kimliyi də bəlli olub:
Ədliyyə naziri: Şadi əl-Vaysi
Daxili İşlər naziri Məhəmməd Abdurahman
Maliyyə naziri: Bazel Əbdüləziz
Kənd Təsərrüfatı naziri: Məhəmməd əl-Əhməd Nazir Nazir əl-Qadiri
Rabitə naziri: Məhəmməd əl-Ömər
Vəqflər naziri: Hüsam hac Hüseyn
Səhiyyə naziri: Mazin Duqan
Təhsil naziri: Andülmunim Abdulhafiz
Yerli İdarəetmə naziri: Məhəmməd Müslüm
İnkişaf naziri: Fadi əl-Qasim
Müvəqqəti hökumətin ədliyyə naziri Şadi əl-Veysi isə ilk aşıqlamasında şəritə qanunlarına eyham vurub: "Həmd olsun aləmlərin Rəbbi olan Allaha, biz bura başımız dik gəldik. Bu unikal ölkədə şəriət bərqərar olacaq”.
Firudin Səfərli
MİA.AZ