Bu gün İsrail ordusu Qəzza zolağının müxtəlif bölgələrinə zərbələr endirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hava zərbələri və artilleriya atəşi nəticəsində azı 6 fələstinli həyatını itirib, 38 nəfər isə yaralanıb.
Bu barədə yayılan məlumatı Qəzza Mülki Müdafiə İdarəsi təsdiqləyib.
Bildirilib ki, Nusayrat Qaçqınlar Düşərgəsinə hücumda 2 nəfər ölüb, 38 yaralı var: "İsrail hərbi maşınlarının Bureyc və Meqazinin şərqinə fasilələrlə açdıqları atəşlərdə isə 4 nəfər həlak olub"
Tahir Şəlvəli
MİA.AZ