Türkiyədə dönərdən kütləvi zəhərlənmə olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Bursa şəhərində baş verib.
Məlumata görə, Bursanın Yenişehir rayonunda yedikləri dönərdən zəhərlənən 20 nəfər xəstəxanaya yerləşdirilib: "Onlar İznik küçəsində yerləşən restoranlardan birindən toyuq dönəri yedikləri sonra zəhərləniblər. Hadisədən sonra restoran qapadılıb, qidalar yoxlanılması üçün laboratoriyaya göndərilib. Faktla bağlı araşdırma davam edir"
Firudin Səfərli
MİA.AZ