Venesuela hökuməti ABŞ-ın dünən elan etdiyi yeni sanksiyaları qəbuledilməz sayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Venesuela hökuməti bəyanat yayıb.

Bəyanatda yeni sanksiyaların ölkədə vətənpərvərləri hədəf aldığı qeyd edilib və əsla bu qərarlara boyun əyməyəcəkləri vurğulanıb.

Venesuela hökuməti rəsmi saytında yayılan bəyanata əsasən, ölkənin yüksəkçinli məmurlaının "qaralanması" yolverilməz və ədalətsizlikdir: "ABŞ-ın təktərəfli zülmkar qərarlarına boyun əyməyəcəyik. Bu, eqoist, səhv və çarəsiz bir hökumətin hərəkətidir. Biz bunu Bayden iqtidarının seçkilərdəki uğursuzluğu və sosial böhranı ölkə daxilində gizlətmək cəhdi olaraq görürük. ABŞ hökuməti bu sanksiyalarla öz ölkəsindəki daxili problemlərdən diqqəti yayındırmağa çalışır".

Venesuela hökuməti bildirib ki, ABŞ-ın bu sanksiyalarına ictimaiyyətdən dəstək yoxdur.

Xatırladaq ki, ABŞ Venesuelanın Prezident Aparatının rəhbəri Anibal Koronado, Rabitə naziri Freddi Nanez, Penitensiar Xidmətinin rəhbəri Xulio Qarsiya Zerpa, Bolivar Milli Qvardiyası, Bolivar Milli Polisi, Bolivar Milli Kəşfiyyat Xidməti (SEBIN) rəhbərəri və bir çox generallara sanksiya tətbiq edib.

Samir Musayev
MİA.AZ