İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif şəhərlərinə basqınları fasləsiz davam etdirir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatının (FAT) məlumat yayıb.

Məlumatda deyilir ki, Ramallah, Beytləhm, Qalkilya, Nablus və Hebron şəhərlərinə basqınlatrda daha 15 mülki fələstinli qandallanıb: "Onların arasında bir azyaşlı da var. Təəssüf ki, basqınlar zamanı hərbçiər fələstinlilərin evlərini, mülkilərini qəsdən dağıdıb, onları bilərəkdən yararsız hala salıblar".

Məlumat üçün onu da bildirək ki, 2023-cü il oktyabrın 7-dən bəri İordan çayının qərb sahili və Şərqi Qüdsdə Fələstin torpaqlarını işğal edən İsrail əsgərləri və radial mülki dindar yəhudilər 167-si uşaq olmaqla 794 fələstinlini öldürüblər.

Tahir Şəlvəli

MİA.AZ