İsrail ordusu son 24 saatda Qəzzaya ağır zərbələr endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzzada Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Qeyd edilib ki, son 24 saatda daha 14 nəfər həyatını itirib, 108 nəfər isə yaralanıb: "Bununla da İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına hücumlarında ölənlərin sayı 44249-a, yaralıların sayı isə 104746-ya çatb. Bununla bərabər, hələ də dağıntılar altında minlərlə insanın cəsədi qalıb".

Tahir Şəlvəli
MİA.AZ