Türkiyənin İstanbul şəhərində PKK terror təşkilatına və onun tərəfdarlarına qarşı yeni əməliyyat keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İstanbul Prokurorluğu Terror Cinayətləri İstintaq Bürosu məlumat yayıb.
Bildirilib ki, aparılan istintaq çərçivəsində terror təşkilatı PYD/YPG tərkibində fəaliyyət göstərdiyi təsbit edilən şəxslərin İstanbula gəlməsi və daha sonra isə xaricə qaçmalarına dəstək verən 7 şübhəli müəyyən edilib: "Həmin şübhəlilərin ətafında aparılan əməliyyatlar nəticəsində daha 7 nəfərin terorçularla əlbir olduqarı üzə çıxarılıb və qəfil əməliyyatla 14 nəfərin hamısı qandallanıb. Hazırda onlarla bağlı istintaq tədbirləri aparılır"
Firudin Səfərli
MİA.AZ