İngiltərə və İrlandiyadan sonra Fransada da güclü fırtınaya təslim olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq Fransada "Bert" fırtınasına görə 9 əyalətdə narıncı xəbərdarlıq olunub.

Fransa Meteorologiya Agentliyindən bildirilib ki, sürəti saatda 120 kilometri keçən Bert qasırğasının Allier, Saone-et-Luara, Jura, Puy-de-Dome, Loire, Rhone, Ain, Axşam saatlarına qədər Haute-Loire və Iseredə həyatı iflic edib: "Fırtına ilə əlaqədar bu əyalətlərdə narıncı həyəcan siqnalı verilib. Auvergne Rhone-Alpes bölgəsində qatarların hərəkətində fasilələr yaranıb".

Xəbərdə deyilir ki, bəzi bölgələrdə elektrik enerjisi kəsilib, nəqliyyatın hərəkəti dayanıb, evlər su altında qlaıb.

Lamiyə Əhmədli 
MİA.AZ