İsrail ordusunun Livanın paytaxtı Beyrutun mərkəzində daha bir yaşayış binasını bombalayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 32 nəfər həlak olub, 64 nəfər isə yaralanıb.
Bu barədə yayılan xəbəri Livan Səhiyyə Nazirliyi təsdiqləyib.
Bildirilib ki, İsrail ordusunun vurduğu 8 mərtəbəli bina Əl-Basta bölgəsində yerləşir: "Binaya 5 raket atılıb. Dağıtılar altında hələ də onlarla insanın qalması güman olunur. Hazırda onların axtarış xilasetmə işləri aparılır".
İsrail dövlət televiziyası KAN isə bildirib k, binada "Hizbullah"ın əməliyyat dəstəsinin rəhbəri, qruplaşmanın öldürülən lideri Həsən Nəsrullahın köməkçisi Məhəmməd Heydər hədəfdə olub.
Telekanal onun ölüb-ölmədiyi haqda informasiya verməyib.
Tahir Şəlvəli
MİA.AZ