"Qalatasaray"ın argentinalı qolçusu Mauro İkardi həbs təhlükəsiylə üzləşb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Argentinada reper L-Gante ilə canlı yayımda öpüşdükdən sonra boşanmaq üzrə olduğu xanımı Vanda Naraya qarşı daha qəzəbli davranmağa başlayıb.

Argentina mətbuatı yazıb ki, bazar ertəsi özəl təyyarə ilə Buenos Ayresə gedən İkardi Naranın evinə basqın edib.

İddiaya görə, bu zaman o, Naraya sərt davranıb: "Komandasının son turda "Samsunspor"la matçını zədə üzündən tribunadan izləyən Mauro İkardi bazar ertəsi şəxsi təyyarəsi ilə Buenos-Ayresə uçub. Qızlarını da özü ilə aparan qolçu birbaşa Vanda Naranın yaşadığı Avenida Del Libertadordakı evə yollanıb. Orada Naranın hamilə olması xəbərinə Mauro İkardi daha çox qəzəblənib və hətta onu vurması barədə iddialar var. Bu zaman Nara Polis İdarəsində şikayət edib".

Şikayət faktını  Vanda Naranın vəkili Ana Rosfeld təsdiqləyib. O bildirib ki, iş məhkəməyə yönləndirilib və noyabrın 15-də, yerli vaxtla saat 10:00-da İkradi hakim qarşısına çıxarılacaq.

Fərid ASLAN

MİA.AZ