BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində aparılan iqlim dəyişikliyi ilə bağı müzakirələr aqrar sahəyə dəstək verəcək.
Bunu Kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29 tədbiri zamanı jurnalistlərə açıqlamasında bildirib.
“Azərbaycan üçün COP29 ölkəmizdə keçirilən ən vacib tədbirlərdən biridir. Ümid edirik ki, iqlim dəyişikliyi ilə bağlı müzakirələr aqrar sektora müsbət təsir göstərəcək. İqlim dəyişikliklərinin kənd təsərrüfatına mənfi təsirləri olduqca böyükdür. Noyabrın 19-u “Kənd təsərrüfatı, qida, su günü” kimi qeyd olunacaq və həmin gün aqrar sahəyə iqlim dəyişmələrinin təsiri müzakirə ediləcək”,- nazir qeyd edib.
Onun sözlərinə görə, COP29 çərçivəsində Azərbaycanın irəli sürdüyü 14 təşəbbüsdən biri də aqrar sektora aiddir və bu təşəbbüs Bakı Harmoniya İqlim təşəbbüsüdür: “O, fermerlərin dəstəyinə yönəlib. Ümid edirik ki, bu təşəbbüs indiyədək həyata keçirilmiş aqrar layihələr üçün aqreqator rolunu oynayacaq və fermerlər üçün vacib qərarların qəbuluna zəmin yaradacaq”(Report).