Bu gün Avropa Liqasının Liqa mərhələsində 4-cü turunda "Qarabağ" səfərdə Norveçin "Bodo Qlimt" komandası ilə qarşılaşıb.
Mia.az xəbər verir ki, bu oyuna qədər qalib gələ və ya heç-heçə edə bilməyən "Qarabağ" rəqibdən xal və ya xallar almaq üçün mübarizə aparacaq.
Qeyd edək ki, "Bodo Qlimt" bu oyuna qədər 2 qələbə, bir heç-heçə ilə 7 xal toplayaraq 9-cu pillədə "oturub".
Bakı vaxtilə 21.45-də başlayan oyunun 22-ci dəqiqəsində Toral Bayramov hesabı açıb - 0:1.
41-də ev sahibləri heabı bərabərləşdirib - 1-1.
69-da isə Zubir "Qarabağ"ı önə çıxaran qola imza atıb - 1:2
Beləliklə, oyun bu hesabla başa çatıb və "Qarabağ", nəhayət, ilk 3 xalını qazanaraq 29-cu yerə qalxıb.
Fərid Aslan
MİA.AZ