“Express Bank”ın mənfəəti azalıb, xərcləri artıb.
Hesabata görə, “Express Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 9,175 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8 % azdır.
9 ay ərzində “Express Bank”ın xərcləri 49,462 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,7 % çox deməkdir.
Xatırladaq ki, "Express Bank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112,545 milyon manatdır. Bankın səhmlərinin 48,8 %-i “Azenco Group”a, 30,8 %-i “Enerqoservis” MMC-yə, 20 %-i Hafiz Seyidova, 0,4 %-i Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsusdur(İqtisadiyyat.az).
“Express Bank”ın mənfəəti azalıb, xərcləri artıb
DİGƏR XƏBƏRLƏR
2024-11-25 15:18
2024-11-25 14:42
2024-11-25 13:10
2024-11-25 12:41
2024-11-25 11:24
2024-11-23 17:00