İstanbul Baş Prokurorluğu qızıl qaçaqmalçılığı ittihamı ilə növbəti sensasiyalı əməliyyata başlayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyatla yeddi şirkətin ofislərində axtarış və həbslər aparılıb.
Məlumata görə, qızıl qaçaqmalçılığı istintaqı çərçivəsində ALEKS Metal, AgaHolding və AgaBullion Precious Metals Inc. şirklətlərinin aralarında olduğu şirkətlərə sübh tezdən "basqın" olub: "Əməliyyatlar həm şirkətlərdə, həm də onların rəhbər şəxslərinin evlərində həyata keçirilib. Bəzi şirkət və evlərdə bu dəqiqələrdə də yoxlama davam edir. Şirklətlərin rəhbər şəxsləri isə saxlanılaraq prokurorluğa aparılıblar..."
Firudin Səfərli
MİA.AZ