Maliyyə naziri Sahil Babayev yeni təyinat imzalayıb.

Mia.az xəbər verir ki, nazirin əmri ilə Sadiq Əliyev Nazirlik yanında Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub.

Məlumat üçün qeyd edək ki, yeni direktor buna qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri idi.

S.Əliyev 1984-cü ildə anadan olub, 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə-kredit ixtisası üzrə bakalavr, 2005-2007-ci illərdə magistr dərəcəsi üzrə təhsil alıb.

O, 2006-2019-cu illərdə İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə, 2019-cu ildən 2024-cü ilə qədər ƏƏSMN-nin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri işləyib.