Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisinin sıralama turunda iki pilot qəza törədib.
Məlumata görə, "Campos Racing"dən İsak Hacar və onun komanda yoldaşı Xosep Maria Martinin idarə etdiyi bolidlər baryerə çırpılıb.
Nəticədə qırmızı bayraq qaldırılıb və sıralama turu bir müddətlik dayanıb(Report).
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyarın 15-də başa çatacaq.