Sabah Türkiyə Super kubokunun 18-ci qalibi müəyyənləşəcək.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Turkcell Super kubokunda bu dəfə "Qalatasaray" və "Beşiktaş" sabah üz-üzə gələcək.

Matç İstanbuldakı Atatürk Olimpiya Stadionunda Bakı vaxtilə saat 21.45-də başlayacaq.

Oyunu Türkiyənin ATV kanalı canlı yayımlanacaq.

Fərid

MİA.AZ