İsrail Qəzzanı bombalamaqda davam edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb.

Məlumata əsasən, İsrail döyüş təyyarələri Qəzza şəhər mərkəzinin şərqindəki Sahabe rayonunda iki evi bombalayıb: "Elbenna ailəsinə aid iki evə edilən hücumda ən azı 5 nəfər ölüb, 16 nəfər yaralanıb. Dağıntılar altında qalan insanlar var. Bundan başqa, Ed-Durc məhəlləsində daha bir ev bombalanıb. Burada isə aralarında qadın və uşaqların da olduğu 6 nəfər yaralanıb".

Xəbərdə o da deyilir ki, Qəzza zolağının mərkəzində bir çox binalara da zərbələr endirlib: "Burada ölən və yaralananlar haqda məlumatlar isə hələlik dəqiqləşməyib".

Samir MUSAYEV

MİA.AZ