İsrail qırıcıları gecə saatlarında Qəzzanın şimalındakı Şeyx Rıdvan bölgəsini bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə azı 4 fələstinli ölüb, aralarında uşaq və qadınların da olduğu xeyli insan isə yaralanıb.

Məlumatı Fələstinin rəsmi WAFA xəbər agentliyi təsdqiləyib.

Agentlik əlavə edib ki, İsrail hərbçiləri burayla yanaşı, Xan Yunisin şimalındakı Əl-Karara qəsəbəsini də vurub: "Burada isə aralarında uşaq və qadınların da olduğu azı 10 nəfər həlak olublar".

Xatırıadaq ki, ötən ilin 7 oktyabrından bu yana Qəzzada 39145 fələstinli həyatını itirib, 90257 nəfər isə yaralanıb.

Tahir Şəlvəli

MİA.AZ