Afrika ölkəsi Efiopiyada leysan yağışlar nəticəsində torpaq sürüşməsi baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 229 nəfər torpaq altında qalaraq ölüb.

Efiopiya hökumətindən verilən açıqlamaya görə, çöküntü altında hələ də qalanlar var: "Təəssüf ki, həyatını itirənlərin sayı arta bilər".

Məlumatda o da deyilir ki, hadisə zamanı 100-dən çox yaralı da var.

Yeri gəlmişkən, Türkiyə XİN baş verən faciə ilə bağlı Efiopiya xalqına başsağlığı verib.

Tahir Şəlvəli

MİA.AZ