Bu gün Avropa çempionatının 1/8 finalında Fransa yığması Belçikanı devirib.

Mia.az xəbər verir ki, "Esprit Arena"da keçirilən oyunun 85-ci dəqiqəsində belçikalı Yan Vertongen avtoqola imza atıb.

Beləliklə, oyunda yeganə qol bu olub və Fransa millisi 1/4 finala vəsiqə qazanıb.

Fransızlar 1/4-də Portuqaliya - Sloveniya oyununun qalibi ilə qarşılaşacaq.

Fərid

MİA.AZ