"Trabzonspor" daha bir futbolçu ilə müqavilə imzalayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Qara dəniz komandası Anthony Nvakaeme ilə 2 il müddətinə razılaşıb.

Klubdan verilən məlumata görə, futbolçu Entoni Nnaduzor Nvakaeme ilə imzalanan iki illik müqaviləyə əsasən, hər mövsüm üçün ona 1.575.000 avro zəmanətli maaş və 500 min  avro transfer haqqı ödəniləcək.

Fərid Aslan

MİA.AZ