"Trabzonspor" klubu Rumıniya milisinin hücumçusu Denis Draqusu heyətinə qatıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə "Trabzonspor" açıqlama yayıb.

Bildirilib ki, rumıniyalı hücumçu Denis Draqus ilə 4 illik müqavilə imzalanıb: "Razılaşmaya əsasən, transferə görə hücumçunun indiyədək çıxış elədiyi "Standard Liege"yə 1 milyon 700 min avro ödəniləcək. Futbolçuya isə hər mövsüm üçün 1.575.000 avro sabit maaş veriləcək".

Xatırladaq ki, rumıniyalı futbolçu ötən mövsüm "Qaziantep"də icarə əsslaır ilə oynayıb. O, bu klubdaə 35 matçda 15 qol vurub, 1 məhsuldar ötürmə edib.

Fərid Aslan

MİA.AZ